Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda Beynəlxalq Qadınlar Günü qeyd edildi

06 Mart 2024

Martın 6-da AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

İnstitutun Həmkarlar təşkilatının sədri, t.ü.f.d., dosent Sübhan Talıblı çıxış edərək, qadınların cəmiyyətdə əvəzsiz rolu olduğunu deyərəkşərqşünas qadın alimlərimizin bu elmin inkişafında böyük xidmətləri olduğunu qeyd edib. S.Talıblı qadınların ailənin, cəmiyyətin təməli olduğunu vurğulayaraq şərqşünas qadın alimləri Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara, ailədə xoşbəxtlik, elmi işlərdə daim fəal olmalarını arzulayıb.

 

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Ruhəngiz Cümşüdlü qadın şərqşünasları bayram münasibətilə təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

İnstitut əməkdaşlarından t.ü.f.d., dosent Əmmar Abbasov, siy.e.d., dosent Adil Mirabdullayev, t.ü.f.d. Bəşarət Bəşirova həm institutun xanım əməkdaşlarını bayram münasibətilə təbrik ediblər, həm də qadınlara, analara həsr etdikləri şeirlərini oxuyublar.

Tədbirin sonunda qadın əməkdaşlara institutun Həmkarlar təşkilatının hədiyyələri təqdim edilib.

 

Download Template Joomla 3.0 free theme.