Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova 6-7 yanvar tarixlərində Türkiyənin Kırklareli şəhərində keçirilən “X Beynəlxalq Balkan Sosial Elmlər Konfransı”nda iştirak edib.
F.Nəsirova konfransda “Pedaqoji fikir tarixində “Vətən dili” dərsliyinin yeri” adlı məruzə edib.
AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2023-cü il üzrə illik hesabatlara həsr olunmuş Ümumi yığıncağı keçirilib.
İclasda bölmənin üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları, müavinləri, elmi katibləri, mühüm nəticələrin icraçıları, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin aparıcı alimləri, universitetlərin müvafiq fakültə və kafedralarının nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Solmaz Namazova və Təbriz Ağaşov İqtisadiyyat Nazirliyinin dəstəyi ilə AMEA-nın Rəyasət Heyətinin təşkil etdiyi müasir rəqəmsal dünyada mühüm rolu olan proqramlaşdırma dilləri - "Introduction to HTML5", "HTML, CSS, and Javascript for Web Developers", "AI for Everyone" kurslarını müvəffəqiyyətlə başa vurublar. S.Namazova və T.Ağaşov eyni zamanda ABŞ-ın Michigan və Johns Hopkins Universitetlərinin sertfikatlarına layiq görülüblər.
Dekabrın 27-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Heydər Əliyevin hakimiyyəti dönəmində sosial, iqtisadi, mədəni və milli ideologiyanın inkişafı” mövzusunda elmi sessiya keçirilib.
Sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixi inkişafında müstəsna xidmətlərindən danışıb. Azərbaycanın tarixinin 40 ilinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən akademik G.Baxşəliyeva Ulu Öndərin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşdüyünü, onun həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqına xidmətlərinin əvəzsiz olduğunu qeyd edib.
