Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun alimlərinin elmi məqalələri Qazaxıstanın beynəlxalq indeksli elmi jurnalında dərc olunub. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Səmədovanın “X-XI əsrlər klassik ərəb poeziyasının intibahında Bağdad ədəbi mühitinin rolu”, Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın isə “Həvvanın örtülü üzü” arxasında qalan gizlinlərin açılması” adlı məqaləsi nüfuzlu ENDLESS LIGHT IN SCIENCE jurnalının növbəti sayında işıq üzü görüb.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun yeni YouTube kanalı fəaliyyətə başlayıb.
Kanalda Şərqşünaslıq İnstitutunun tarixinə aid arxiv videomaterialları, institutun fəaliyyəti, keçirilən tədbirlər haqqında videosüjetləri, eləcə də ən yeni tədqiqatlara dair şərqşünas alimlərin müsahibələrini izləmək olacaq.
Şərqlə və şərqşünaslıq elmi ilə maraqlanan hər bir kəsi abunə olmağa və kanalı mütəmadi izləməyə dəvət edirik.
Fevralın 5-9-da Kral Abdullah bin Əbdüləziz adına Beynəlxalq Ərəb dilinə xidmət edən Ərəbşünaslıq mərkəzində təlim keçirilib. Kral Salman adına Dünya Ərəb dili Birliyinin təşkilatçılığı ilə keçirilən təlimdə AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilah.ü.f.d., dosent Məmmədəli Babaşlı və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d., dosent Gülər Qafqazlı iştirak ediblər.
Otuz ildən çox bizi birləşdirən milli ideya – erməni işğalına son qoyulması və ölkəmizin ərazi bütövlüyünün bərpası – hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Milli Ordumuz tərəfindən gerçəkləşdirildi. Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycanın bütöv ərazisində suveren hüquqlarımız bərpa edildi.
