Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

05 Fevral 2024

Fevralın 2-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Qloballaşan dünyada müasir Azərbaycan gəncləri” adlı tədbir keçirilib.

Tədbirdə urmiyalı tarixçi alim Tohid Məlikzadə də iştirak edib.

Urmiyalı qonaq tədbirdən öncə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

01 Fevral 2024

Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov və əməkdaşı Yelena Svileva fevralın 1-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər.

01 Fevral 2024

Hər il elmi dövriyyəyə onlarla yeni nəşrlər çıxaran AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi 2023-cü ildə bu sahədə xüsusi fəal olub. İl ərzində institutda ümumilikdə 40-a yaxın, monoqrafiya, kitab, məqalələr toplusu və jurnal çapdan çıxıb. İnstitutun nəşrləri zənginliklə yanaşı, əsərlərin elmi əhəmiyyəti ilə də diqqəti çəkir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı ilə əlaqədar Şərqşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevlə bağlı bir neçə kitab, toplu və jurnal nəşr olunub.

29 Yanvar 2024

MEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi – Türkiyə Cümhuriyyəti” mövzusunda beynəlxalq elmi konfransın tezisləri çapdan çıxıb.

 Nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Belarus və Ukraynadan olan alimlərin səsləndirdikləri 65 məruzənin tezisi dərc olunub.

Download Template Joomla 3.0 free theme.