Akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə keçən iclasda Sevinc Əliyeva “Çağdaş dövr Türkiyə nəsrində tarixilik və müasirlik (İsgəndər Palanın romanları əsasında)”mövzusunda dissertasiyanı uğurla müdafiə edib.
Dissertasiyanın əsas məqsədi çağdaş türk nəsri fonunda İ.Palanın tarixi roman yaradıcılığını araşdırmaqdır. Dissetasiyada çağdaş Türkiyə ədəbiyyatında tarixi roman janrından bəhs edilir, İsgəndər Palanın romanlarında tarixiliklə müasirliyin vəhdəti və ziddiyyətləri nəzərdən keçirilir.