Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“Ərəb-ispan nəsrinin yaranması və inkişafı” mövzusunda dissertasiyanın müdafiəsi keçirilib

12 İyun 2024

İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında Sürəyya Əlizadənin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçirilib.

 

Filologiya elmləri doktoru Mehdi Kazımovun sədrliyi ilə keçən iclasda Sürəyya Əlizadə“Ərəb-ispan nəsrinin yaranması və inkişafı” mövzusunda dissertasiyanı uğurla müdafiə edib.

Dissertasiyanın əsas məqsədi İspaniyada yaranan ərəb-ispan nəsrinin təşəkkül və inkişaf mərhələlərini, yeniliklərini, yarandığı mühiti və bu irsin mövzu dairəsini və bədii xüsusiyyətlərini təhlil və tədqiq etməkdən ibarətdir. Dissertasiyada Əndəlusda ədəbi-bədii nəsrin yaranması və inkişafı nəzərdən keçirilir, ədəb əsərləri və antologiyaların Əndəlus nəsrinin bir qolu kimi araşdırılır.

 

Download Template Joomla 3.0 free theme.