Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“Misir şairi Əhməd Şövqinin sürgün dövrü yaradıcılığında Vətən həsrəti” mövzusunda dissertasiyanın müdafiəsi keçirilib

12 İyun 2024

İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında Şahanə Şahbazova filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçirilib.

 

Akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə keçən iclasda Şahanə Şahbazova “Misir şairi Əhməd Şövqinin sürgün dövrü yaradıcılığında vətən həsrəti” mövzusunda dissertasiyanı uğurla müdafiə edib.

Dissertasiyanın əsas məqsədi Əhməd Şövqinin sürgün dövrü yaradıcılığının öyrənilməsidir. Dissertasiyada Əhməd Şövqinin mühiti, həyatı və yaradıcılıq yolu nəzərdən keçirilir, onun poetik irsinin mövzu və ideya xüsusiyyətləri araşdırılır, sürgün dövrü yaradıcılığında vətən həsrəti mövzusunda təhlillər aparılır.

 

Download Template Joomla 3.0 free theme.