Martın 7-dən başlayan mühazirələrdə İnstitut əməkdaşlarından Nazim Mənsimov peşəkar tərcüməçinin bacarıqları, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva İran dövlətçilik tarixi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə fars ədəbiyyatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyeva tərcümə bacarıqlarının inkişafı, Saleh Dostəliyev İran tarixi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı İranın Cənubi Qafqaz siyasəti barədə mühazirə söyləyiblər.
Son mühazirədən sonra İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Rühəngiz Cümşüdlü, Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova və filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyeva təcrübə müddətinin bitdiyini elan edərək, tələbələrə gələcək peşə seçimləri ilə bağlı öz tövsiyyələrini veriblər və onlara uğurlar arzulayıblar.