Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

20 Noyabr 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə noyabrın 19-da Pakistanın Kvetta şəhərində keçirilən “İran və Pakistanın mədəni inteqrasiyasında İqbal Lahuri şeirlərinin təsiri” mövzusunda beynəlxalq elmi konfransda onlayn iştirak edib.

Pakistanın İqbal Akademiyası, Pakistan Fars Dili Akademiyası, Əlhəmd İslam Universiteti və İran Mədəniyyət Mərkəzinin təşkil etdiyi konfransda azərbaycanlı şərqşünas alim Mövlana Cəlaləddin Ruminin İqbal Lahuri yaradıcılığına təsiri haqqında məruzə edib. İqbal Lahurinin öz əsərlərində Movlanaya müraciətlərindən danışan məruzəçi onun Rumini öz mürşidi saydığını qeyd edib. A.Əlizadə İqbal Lahurinin əsərlərinin adlarının da irfani mənbədən qaynaqlandığını bildirib. Məruzəçi həmçinin İqbal Lahurinin urdu dilində yazdığı "Bal-e Cəbrail" əsəri ilə Söhrəvərdinin "Avaz-e pər-e Cəbrail" əsərlərinin oxşar cəhətlərindən bəhs edib.

17 Noyabr 2023

Noyabrın 17-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Heydər Əliyev və türk xalqlarının inteqrasiyası" mövzusunda elmi sessiya keçirilib.

Elmi sessiyanın əvvəlində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə imzaladığı 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı xatırladıb və bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bütün ölkəmizdə olduğu kimi, AMEA-da da bir çox tədbirlərin həyata keçirildiyini bildirib.

13 Noyabr 2023

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “8 Noyabr Zəfər Günü: Azərbaycan ordusunun və xalqının şanlı qələbəsi” adlı məqaləsi Misirin elalmelarby.com saytında yayımlanıb.

Məqalədə qeyd olunur ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən  Zəfər Günü hər il noyabrın 8-i təntənəli şəkildə qeyd edilir.

13 Noyabr 2023

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” adlı kitabı Təbrizdə “Aydın” nəşriyyatı tərəfindən ərəb əlifbasında çap olunub.

Download Template Joomla 3.0 free theme.