Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Azərbaycan nəinki regional, hətta qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdən biridir. Təbii ki, bu reallıq ölkəmizə qarşı qərəzli mövqedə olan müəyyən qüvvələri narahat edir. Son günlər müşahidə olunan ideoloji təxribatlar, sosial şəbəkələrdə və digər media platformalarında Azərbaycan əleyhinə, həqiqətləri təhrif edən təbliğatın aparılması da bunun bariz nümunəsidir. Azərbaycan ziyalıları dövlətimizin yanında olduqlarını əməldə nümayiş etdirir və bu cür təxribatlara qarşı birgə mübarizə aparmaq əzmindədirlər.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlının “Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinin tədqiqi və elmi-tənqidi mətni” kitabı çapdan çıxıb. Kitab Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan iki əlyazma nüsxəsi əsasında hazırlanıb.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asim Cənnətov və elmi işçi Röya Mirzəbəyovanın həmmüəllifi olduqları “İpək Yolu və Orta Dəhliz: Avrasiya üçün enerji və tranzit imkanları” adlı məqalə Macarıstanın Web of Science bazasında indeksləşdirilən “Modern Geografia” jurnalında dərc olunub.
Azərbaycan elminin tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız yaşadıqları dövrün elmi və mədəni həyatı ilə məhdudlaşmayıb, sonrakı nəsillərin elmi dünyagörüşünün formalaşmasına da əhəmiyyətli təsir göstərib. Mirzə Cəfər Topçubaşovun həyatı və elmi irsi bu baxımdan xüsusi diqqətəlayiqdir. Onun çoxşaxəli fəaliyyəti Azərbaycan ziyalılarının dünya elminə verdiyi töhfələrin və milli elmi ənənələrin beynəlxalq akademik mühitdə təmsil olunmasının parlaq nümunəsidir.
