Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
İraqda nəşr olunan “Türkman mədəniyyəti” jurnalının baş redaktoru doktor Sabah Kərküklü və tanınmış jurnalist, misirli tədqiqatçı Əhməd Tarabeik oktyabrın 7-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. Qonaqlar AMEA-nın vitse prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin müdiri t.e.d., prof. Məryəm Seyidbəylinin “Azərbaycanda şərqşünaslıq elmi və təhsilinin tarixindən: tarixşünaslıq tədqiqatları və elmi ənənələr” adlı monoqrafiyası işıq üzü görüb.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev oktyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göygöl şəhərində keçirilən "Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi" mövzusunda regional konfransda “Azərbaycan birgəyaşayış mədəniyyətinin fəlsəfi və ictimai əsasları (tarixi mənbələr əsasında)” adlı məruzə ilə çıxış edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun tərcümə etdiyi “İslam mədəniyyəti atlası” çapdan çıxıb. E.Məmmədov eyni zamanda kitabın redaktoru və şərhlərin müəllifidır. İslam mədəniyyəti və sivilizasiyası mövzusunda fundamental və ensiklopedik iş olan bu nəşr amerikalı dinşünas-filosof İsmayıl Raci Faruqi və sənətşünas Luis Ləmya Faruqinin qələmə aldıqları bir kitabdır. Azərbaycan dilində nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın vitse prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevadır.
