Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadənin “Cənubi Azərbaycanın ədəbi mühiti (1947–1978)” adlı məqaləsi Rumıniyanın “Web of Science” bazasında indeksləşdirilən “Agathos: An International Review of the Humanities and Social Sciences ” jurnalında dərc olunub.
Azərbaycan tarixi böyük məna kəsb edən əlamətdar günlərlə, o cümlədən əhəmiyyətli tarixi hadisələrlə zəngindir. Belə günlərdən biri də heç şübhəsiz ki, 8 Noyabr – Zəfər Bayramı günüdür. Bu gün xalqımızın milli qürurunun, birliyinin, sarsılmaz iradəsinin, vətənpərvərliyinin və qəhrəmanlığının təntənəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri dosent Elnur Mustafayev bildirib.
Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan dili və pedaqogika kafedrası və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Azərbaycan dili Zəfər dilidir” mövzusunda elmi seminar keçirilib.
30–31 oktyabr 2026-cı il tarixlərində AMEA-nın Gəncə Bölməsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illik yubileyinə həsr edilmiş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda beynəlxalq konfrans və simpozium keçirilib.
Beynəlxalq elmi tədbirdə AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları – filologiya elmləri doktoru, dosent Aygün Əlizadə, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Xanımzər Kərimova və Sevinc Nuriyeva, eləcə də pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə iştirak ediblər.
