Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

31 Mart 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq Qara dəniz Modern Elmi Araşdırmalar Konfransında onlayn iştirak edib. Bolqarıstan Elmlər Akademiyası, İKSAD İnstitutu, Buxarest Universiteti, Qara dənizə çıxışı olan ölkələrin Elmi Assambleyası, QaraSAM-Qara dəniz strateji araşdırma və tətbiq mərkəzlərinin birgə təşkilatçılığı ilə baş tutan konfransa 30-dan çox ölkənin alim və tədqiqatçıları qatılıb.

31 Mart 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayeva Humanitar, Sosial Elmlər və Menecment tədqiqatları üzrə Beynəlxalq Assosiasiyanın 27-29 mart 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində təşkil etdiyi “Təhsil, marketinq, sosial və humanitar elmlər” üzrə 46-cı Beynəlxalq İstanbul konfransında iştirak edib. Konfransa dünyanın 11 ölkəsindən iştirakçılar qatılıb.

28 Mart 2023

Martın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 mart – “Elm günü”nə həsr olunmuş "Elm millətin varlığının təminatçısıdır" mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, ölkəmizdə elmə böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilən “Elm günü”nün tarixi 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yarandığı günə təsadüf edir. Akademik G.Baxşəliyeva qeyd edib ki, ölkəmizdə elmin sürətli inkişafı Azərbaycan Respublikasına rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində elmə böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

27 Mart 2023

The Institute of Oriental Studies named after academician Z. Bunyadov of ANAS and the Center for Strategic Studies of the Republic of Iraq jointly organizes an international scientific conference “HeydarAliyev and the modern East” dedicated to the Azerbaijani National Leader HeydarAliyev, on the occasionof the 100th anniversary of his birth

Download Template Joomla 3.0 free theme.