Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda YAP-ın yeni üzvlərinə partiya biletləri təqdim edilib

09 Oktyabr 2023

Oktyabrın 9-da AMEA-nın akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunda YAP Yasamal rayon təşkilatının iclası keçirilib. İclasda YAP Yasamal rayon təşkilatının məsləhətçisi Fuad Həbibzadə, İnstitutun icraçı direktoru f.ü.f.d., dosent Rühəngiz Cümşüdlü, partiya təşkilatının sədri f.ü.f.d., dosent Lalə Bayramova və sədr müavini f.ü.f.d., dosent Xanımzər Kərimova iştirak ediblər. Fuad Həbibzadə hər kəsi salamlayaraq iclası açıq elan edib və yeni üzvlərə partiya biletləri təqdim edərək onları təbrik edib. İclasın sonunda İnstitutun əməkdaşı Bəşarət Bəşirova öz şeir parçalarını iştirakçılara ərməğan edib.

 

 

 

Download Template Joomla 3.0 free theme.