Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

03 Fevral 2023

Fevralın 2-də Gənclər Günü münasibəti ilə bağlı S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında tədbir keçirilib. Tədbirdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı iştirak edib.

03 Fevral 2023

Tarix boyu hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini və milli strategiyasını, ilk növbədə gənc nəsillər üzərində qurur. Gənc nəslin sağlam şəkildə yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətdəki islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın təşəkkülündə fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin əsasını təşkil edir. Məşhur Yunan filosofu Aristotelin dediyi kimi: “Gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki bu yolda hər hansı bir məsuliyyətsizlik məmləkətin əsaslarını məhv edər.”

01 Fevral 2023

Fevralın 1-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva 1997-ci ildən etibarən 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunduğunu, bu tarixin, ümumiyyətlə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Heydər Əliyevin gənc nəslin inkişafına davamlı qayğı göstərdiyini söyləyən akademik G.Baxşəliyeva qeyd edib ki, Ulu Öndər ölkənin inkişafını birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı və gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmişdi.

01 Fevral 2023

İstər Azərbaycan Xalq Cümhuriyyəti dönəmində, istərsə də Azərbaycan Respublikası qurulduqdan sonra İran İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini qəbul etməmiş, özünün milli təhlükəsizliyi üçün təhlükə mənbəyi hesab etmişdir. Pəhləvilər hakimiyyəti dönəmindən etibarən azərbaycanlıların milli hüquqlarının pozulması, ana dilindən məhrum edilmələri, məktəblərinin olmaması, tarixi yer adlarının dəyişdirilməsi, Cənubi azərbaycanlıların sosial-iqtisadi vəziyyətinin ağırlaşdırılması, onların düşüncələrində həmişə bu tay Azərbaycana qarşı apardıqları dini-ideoloji, daxili işlərə qarışmaq siyasəti, etnik qarşıdurma yaratmaq cəhdləri bu günə kimi davam edir.

Download Template Joomla 3.0 free theme.