Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Damir Muhetdinov akademik Gövhər Baxşəliyevaya təşəkkür məktubu ünvanlayıb

18 Mart 2024

Bu günlərdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda qonaq olaraq institutun rəhbərliyi və kollektivi ilə görüşmüş, həmçinin “Rusiyada İslam tarixi” kitabını təqdim etmiş Rusiya Müsəlmanları Ruhani Məclisinin sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, ilahiyyat elmləri doktoru, professor Damir Muhetdinov Bakıdan xoş təəssüratlarla ayrılıb. Professor D.Mühetdinov Şərqşünaslıq İnstitutunda keçirilən görüşdə göstərilən münasibətə görə təşəkkürlərini AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevaya ünvanladığı məktubunda bildirib.



D.Muhetdinov Rusiya Müsəlmanları Ruhani Məclisinin və özünün adından keçirilən görüşün və “Rusiyada İslam tarixi” kitabının təqdimatının yüksək səviyyədə təşkilinə və Rusiya Müsəlmanları Ruhani Məclisinin nümayəndə heyətinin isti qarşılanmasına görə dərin minnətdarlığını bildirib. Görüş zamanı özlərinə ruhən yaxın, birgə elmi fəaliyyətə, təcrübə mübadiləsinə hazır olan  yüksək ixtisaslı alimlərlə qarşlaşdıqlarını deyən D.Muhetdinov ilk dostluq təcrübəsinin gələcək məhsuldar elmi əməkdaşlığın başlanğıcını qoyacağına, müasir elmin inkişafına və yüksək səviyyəli kadrların hazırlanmasına kömək edəcəyinə əminliyini ifadə edib.

Download Template Joomla 3.0 free theme.