Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

19 Sentyabr 2026

Aida xanımın anım günündə onunla söhbətlərimizi bir daha xatırlayıram. Keçmişin yaddaşımda qalan o anları yenidən yaşayıram və dərk edirəm ki, onlar artıq mənim taleyimin ayrılmaz bir parçasına çevrilib.

19 Sentyabr 2026

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi sentyabrın 19-da XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

19 Sentyabr 2026

Azərbaycanda məşhur şərqşünaslar çox olub. Ərəb, fars və türk dillərində yazılmış poeziya nümunələrinin tədqiqatçıları, islamşünaslar, mətnşünaslar öz fundamental əsərləri ilə Azərbaycan şərqşünaslığının özünəməxsus simasını müəyyənləşdirib, keçmiş sovet şərqşünaslığında “Azərbaycan məktəbi”nin tanınmasına nail olublar.

Görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva həmin məktəbin inkişafında böyük xidmətləri olan, eyni zamanda, keçmiş ittifaq və dünya miqyasında onu layiqincə təmsil edən nüfuzlu alimlərdən biri olub.

18 Sentyabr 2026

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Həsənov sentyabrın 18-də Rumıniyada Buxarest Universitetinin Ərəb Araşdırmaları Mərkəzində keçirilən “Ərəb dilinin dünya dillərində mövcudluğu” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Şərqşünas alim konfransda “Ərəb dilinin Azərbaycan dilinə təsiri: tarixi qarşılıqlı əlaqə və morfo-semantik uyğunlaşma” mövzusunda məruzə edib.

Download Template Joomla 3.0 free theme.