Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
İraqda nəşr olunan “Kərkük” qəzetinin baş redaktoru, Kərkük Mədəniyyət Dərnəyinin və İraq Türkman Jurnalistlər Cəmiyyətinin rəhbəri, araşdırmaçı yazar doktor Şəmsəddin Kuzəçi noyabrın 3-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Şəmsəddin Kuzəçi AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Akademik G.Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verib. Ş.Kuzəçi də öz növbəsində apardığı arşadırmalardan bəhs edib.
Noyabrın 3-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində Qarabağ müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələrə başlanılıb.
İlk mühazirə noyabrın 1-də baş tutub. Mühazirədən öncə Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü institutda doktorant və dissertantlara mühazirələrə start verildiyini bildirərək, bu mühazirələrin məqsədini açıqlayıb və sözü ilk mühazirəni söyləmək üçün institutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədova verib.
İraq Mədəniyyət Nazirliyinin nəzdindəki Türkmən Mədəniyyət Mərkəzinin sədri doktor Sabah Abdullah Kərküklü noyabrın 1-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Sabah Kərküklü AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Akademik G.Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verib.
