Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

04 Yanvar 2019

Müasir fars nəsrinin görkəmli nümayəndəsi Məhəmmədrza Sərşarın “Xudahafiz qardaş” adlı hekayələr toplusu AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin kiçik elmi işçisi Fidan Nəsirova tərəfindən fars dilindən azərbaycan dilinə tərcümə olunaraq, eyni adla çap olunub. “Xudahafiz qardaş” hekayələr toplusu Azərbaycan oxucularının tanınmış yazar Məhəmmədrza Sərşar yaradıcılığı ilə ilk tanışlığıdır.

04 Yanvar 2019

İyirmi altı il əvvəl erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Bu soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda fars və ingilis dillərində buklet hazırlanaraq nəşr etdirilib. Bukletdə 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərinin işğalı zamanı törətdikləri görünməmiş vəhşiliklərdən bəhs edilir.

04 Yanvar 2019

İyirmi altı il əvvəl erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Bu soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ərəb və ingilis dillərində buklet hazırlanaraq nəşr etdirilib. Bukletdə 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərinin işğalı zamanı törətdikləri görünməmiş vəhşiliklərdən bəhs edilir.

04 Yanvar 2019

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ərəb dilində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” kitabı nəşr olunub.

Daha öncə Azərbaycan və rus dillərində Milli Məclis tərəfindən çap olunmuş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” kitabını ərəb dilinə Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Hikmət Əkbərov tərcümə edib. Kitabın elmi redaktoru Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyevadır.

Download Template Joomla 3.0 free theme.