Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

04 Yanvar 2019

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyükelmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zenfira Rüstəmovanın “İraq-türkman ləhcəsinin tədqiqi tarixi və dil xüsusiyyətləri” adlı kitabı işıq üzü görüb. Dörd fəsildən ibarət olan əsər İraqda yaşayan, azərbaycanca danışan, sayı iki milyon yarımı keçən türkman adlanan soydaşlarımızın ləhcəsi – dialekti barədə uğurlu tədqiqatdır.

04 Yanvar 2019

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadənin tərtibatında  və məsul redaktorluğu ilə 4 hissədə çapa hazırlanmış “Azərbaycan” qəzeti”. Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)” adlı toplunun  2-ci (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2018, 450 səhifədə ) hissəsi işıq üzü görüb. “Azərbaycan” qəzeti 1945-1946-cı illərdə cənubi azərbaycanlıların milli-demokratik hərəkatı nəticəsində yaradılmış və cəmi bir il yaşamış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirib.

04 Yanvar 2019

İranda milli-demokratik hərəkatın nəticəsi olaraq 12 dekabr 1946-cı il (21 Azər) tarixində qurulmuş Azərbaycan Milli Hökumətinin Baş prokuroru Firudin Qəni oğlu İbrahiminin anadan olmasının 100 illiyi münasibətilə onun AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadənin transliterasiyası, tərtibatı və məsul redaktorluğu ilə “Sülh uğrunda” adlı kitabı nəşrə hazırlanıb və Şərqşünaslıq İnstitutu Elmi Şurasının müvafiq qərarları ilə çap olunub.

04 Yanvar 2019

İranda milli-demokratik hərəkatın nəticəsi olaraq 12 dekabr 1946-cı il (21 Azər) tarixində qurulmuş Azərbaycan Milli Hökumətinin Baş prokuroru Firudin Qəni oğlu İbrahiminin anadan olmasının 100 illiyi münasibətilə onun AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadənin tərtibatında və məsul redaktorluğu ilə “Azərbaycan danışır... İftixarlı tariximizdən bir neçə parlaq səhifə (Azərbaycanın qədim tarixindən)” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2018, 112 səhifədə) adlı kitabı nəşrə hazırlanıb və Şərqşünaslıq İnstitutu Elmi Şurasının müvafiq qərarları ilə çap olunub.

Kitabı fars dilindən Azərbaycan dilinə Səməd Bayramzadə və Saleh Dostəliyev tərcümə ediblər.

Kitab F.İbrahiminin müqəddiməsindən və Azərbaycanın qədim tarixi, əhalisi, onların milli kimliyi, bu diyarın azadlığı və istiqlaliyyəti uğrunda apardıqları mübarizə və fədakarlıqları, mədəniyyət tarixi, dövlət və ordu quruluşu, ədəbiyyatı, xətti və dili, siyasi təşkilatları, məzhəbləri, geyim, adət və ənənələri barədə məqalələrdən ibarətdir.

Download Template Joomla 3.0 free theme.