Məşqlərə Fövqəladə Hallar Komissiyasının sədri akademik Şahin Mustafayev, Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev, Mülki Müdafiə rəhbər heyəti və hərbləşdirilməmiş dəstələrin komandir-rəis heyəti cəlb edilib.
Məşqləri akademik Şahin Mustafayev açıb. Daha sonra söz alan Mülki Müdafiə qərargah rəisi Namiq Abdullayev məşqlərin planını iştirakçılara çatdırıb. Tədbirdə məşq iştirakçılarının öz vəzifə borclarını mənimsənilmələri yoxlanılıb, onların sualları cavablandırılıb. Məşqlərin yekununda mülki müdafiə hazırlığına dair tapşırıqlar verilib.