Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

21 İyun 2016

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiti Nassar Habaşneh iyunun 21-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Səfir Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü, f.ü.e.d., professor Gövhər Baxşəliyeva ilə görüşüb.

03 İyun 2016

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Təhqiqatlar və Tədris Mərkəzinin sədri Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 3-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldu. Qonaqları İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin və səfirliyin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi müşayiət edirdilər.

27 May 2016

Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) rəhbər heyətindən ibarət bir qrup alim mayın 27-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldu. Nümayəndə heyətinə ÇİEA-nın vitse-prezidenti Tsay Fan, həmin akademiyanın Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Van Ley, ÇİEA-nın İqtisadiyyat İnstitutunun direktoru Pey Çanxun, akademiyanın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yunsyuan və ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Tszin Çje daxil idi.

16 May 2016

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu mayın 16-da institutun ilk direktoru, görkəmli şərqşünas alim, akademik Əbdülkərim Əlizadənin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirdi.

AMEA-nın əsas binasında keçirilən tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva akademik Əbdülkərim Əlizadənin İnstitutun ilk direktoru olduğunu qeyd edərək, görkəmli alimin həm də Azərbaycan mətnşünaslığının banisi hesab olunduğunu söylədi. Məhz Əbdülkərim Əlizadənin rəhbərliyi altında ilk dəfə mətnşünaslıq sahəsində iş başlanılmışdır.

Download Template Joomla 3.0 free theme.