Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu direktorunun müavini, AMEA-nın müxbir üzvü Parisdə Ali Normal Məktəbdə (ENS- Ecole Normale Superieure) “Müstəmləkə dövründə Cənubi Qafqazda və Orta Asiyada müsəlman cəmiyyətində mədəniyyət transformasiyasının mərhələləri (XIX əsrin sonu və XX əsrin əvvəllərində)” və “Ənənə və müasirlik Azərbaycan satirik jurnalı “Molla Nəsrəddin”in karikaturalarında” mövzularında konfranslarda iştirak edib.
Parisin Ali Normal Məktəbində (ENS - Ecole Normale Superieure) fransız dilində çapdan çıxmış “Mərkəzi Asiyada mədəni transfer” adlı kitabın (məqalələr toplusunun) təqdimat mərasimi keçirilib.
Fevralın 5-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə İran İslam İnqilabının 37-ci ildönümünə həsr olunan “İran müasir mərhələdə” mövzusunda dəyirmi masa keçirilib.
Yanvarın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin anma mərasimi keçirildi.