Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

24 Oktyabr 2018

Oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Demokratik Respublikasının 100-illiyinə həsr olunmuş “Şərqin ilk demokratik respublikası” mövzusunda elmi konfrans keçirildi.
Konfransın açılışı AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında baş tutdu. Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan danışdı,1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin təsis edildiyini vurğuladı.

22 Oktyabr 2018

Oktyabrın 24-də AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Demokratik Respublikasının 100-illiyinə həsr olunmuş “Şərqin ilk demokratik respublikası” mövzusunda elmi konfrans keçiriləcək.
Konfrans öz işinə saat 10:30-da AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında (H.Cavid pr. 117) başlayacaq. Konfransın II hissəsi saat 14:00-da Şərqşünaslıq İnstitutunun akt zalında başlanacaq.

15 Oktyabr 2018

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin “Həqiqət axtarışında” kitabı işıq üzü görüb.
Oxuculara təqdim edilən kitab irfan ədəbiyyatının öyrənilməsində atılan addımlardan biridir. Kitabda Azərbaycan (27), İran (7), Pakistan (4), Türkiyə (3), Tacikistan (2), Rusiya (1) , Qazaxıstan (1) və Ukraynada (1) çap olunmuş məqalələr toplanıb.

12 Oktyabr 2018

 

Oktyabrın 12-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Məşqlərin mövzusu “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” olub.

Download Template Joomla 3.0 free theme.