Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Bu günlərdə millət vəkili, Milli Məclisin Azərbaycan-Misir dostluq qrupunun rəhbəri, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Misir Ərəb Respublikasının ölkəmizdəki yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Syuzan Qamil Hoahla görüşüb.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi Barat Osmanova Edqar Qranvillin “Çar Rusiyasının Türkiyə siyasəti” əsərini Azərbaycan dilinə tərcümə edərək oxuculara çatdırıb. Bu tərcümə əsərin Orhan Arıman tərəfindən 1967-ci ildə türk dilinə çevrilməsi əsasında aparılıb.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Emiliya Xəlilova “Türk mətbuatında “erməni məsələsi” kitabını geniş ictimaiyyətə təqdim edib. E.Xəlilova türk dilində nəşr olunmuş kitabı Azərbaycan dilinə tərcümə edərək oxucuların diqqətinə çatdırıb.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri” adlı kitab işıq üzü görüb. İnstitutun İran filologiyası şöbəsinin dissertantı Rəna Rzayevanın namizədlik dissertasiyası əsasında hazırladığı kitabda dahi Nizami Gəncəvinin müasiri Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsəri ilk dəfə olaraq geniş ədəbi-mədəni kontekstdə və müasir elmi səviyyədə araşdırılıb.