Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM ERMƏNİ TƏXRİBATLARI İLƏ BAĞLI HƏQİQƏTLƏRİ BBC-dən ƏRƏB DÜNYASINA ÇATDIRIB

04 Oktyabr 2020

 

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev son günlərin erməni təxribatları ilə bağlı BBC Arabic televiziyasına ərəb dilində müsahibə verib.

Oktyabrın 3-də BBC Arabic televiziyasının “Xəbərlər” verlişində yayımlanan müsahibədə Elnur Mustafayev erməni hərbi qüvvələrinin təxribat xarakterli hücumlarından söhbət açıb, bununla yanaşı sentyabr ayının 27-də Ermənistan tərəfinin Naftalan şəhərini ağır silahlardan  atəşə tutması nəticəsində bir ailənin tam şəkildə həlak olması və mülkü vətəndəşlara dəymiş zərərlər haqqında ətraflı məlumat verib.



Azərbaycanlı şərqşünas müsahibədə, həmçinin Ermənistanın Qarabağ ərazisini işğal etdiyini, Azərbaycan tərəfinin 30 il danışıqlar masasında əyləşdiyini, buna rəğmən Ermənistanın məsələnin həlli ilə bağlı sülh danışıqlarından boyun qaçırdığını və Azərbaycana qarşı  yeni torpaq iddiaları irəli sürdüyünü qeyd edib. Müsahibə informasiya müharibəsi müstəvisində ərəb dünyasına Azərbaycan həqiqətlərinin çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

 

Download Template Joomla 3.0 free theme.