Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ELNUR MUSTAFAYEVİN BBC-yə NÖVBƏTİ MÜSAHİBƏSİ

05 Oktyabr 2020

 

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev son günlərin erməni təxribatları ilə bağlı BBC Arabic televiziyasına ərəb dilində müsahibə verib.

Elnur Mustafayev oktyabr ayının 4-də BBC Arabic televiziyasının “Xəbərlər” proqramına növbəti müsahibəsində ermənilərin Gəncə şəhərini raket və ağır silahlarla atəşə tutması, hücum nəticəsində bir mülkü vətandaşın həlak olması, çox sayda yaralıların olması, Gəncə şəhərinin infrastrukturuna ciddi ziyan dəyməsi və bir neçə tarixi-mədəni abidələrin dağılması haqqında məlumatları ərəb dünyasına çatdırıb. Azərbaycanlı şərqşünas müsahibədə, həmçinin Ermənistan tərəfinin hərbi təxribata əl atdığını, mülki vətəndaşları hədəfə aldığını və bu yolla münaqişənin sərhədlərini genişləndirmək istəklərini diqqətə çatdırıb.

Download Template Joomla 3.0 free theme.