Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA TÜRKİYƏ-AZƏRBAYCAN İQTİSADİ ƏLAQƏLƏRİNƏ DAİR YENİ KİTAB ÇAPDAN ÇIXIB

02 Oktyabr 2020

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin baş elmi işçisi, iqtisadiyyat üzrə elmlər doktoru, dosent Esma  Əmir-İlyasovanın rus dilində “XX-XXI əsrlərin qovşağında Türkiyə-Azərbaycan iqtisadi əlaqələri regional və beynəlxalq əməkdaşlıq kontekstində” (Турецко-Азербайджанские экономические связи на рубеже XX-XXI вв. в контексте регионального и международного  сотрудничества) kitabı çapdan çıxıb.

Monoqrafiyada Türkiyə və Azərbaycanın xarici əlaqələrinin inkişafı və köçürülməsinə dair istinadlar siyasi-hüquqi əsasda nəzəri cəhətdən təhlil edilir. Burada həmçinin Türkiyə və Azərbaycanın idxal-ixrac mübadiləsi, o cümlədən, enerji resursları və yeni beynəlxalq indekslər araşdılırılıb. İnkişaf etmiş və sürətlə inkişaf edən ölkələrlə gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsi önə çəkilib.

Download Template Joomla 3.0 free theme.