Məqalədə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin milli memarlıq irsinin qorunması və müasir şəhərsalma prinsiplərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd edilir. Xüsusilə Qarabağ bölgəsində həyata keçirilən layihələrin tarixi irsin qorunması ilə müasir memarlıq yanaşmalarının vəhdətini təmin etməyə yönəldiyi vurğulanır. Müəllif bu prosesin Qarabağın gələcək nəsillər üçün davamlı və mədəni baxımdan dəyərli yaşayış məkanına çevrilməsinə xidmət etdiyini diqqətə çatdırır.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə dərc olunub
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslığın tarixi və nəzəriyyəsi şöbəsinin əməkdaşı Aynurə Məmmədovanın “Ulusal Kimlik ve Modern Vizyon: 2026 Şehir Planlama ve Mimarlık Yılı” (“Milli kimlik və müasir baxış: 2026 Şəhərsalma və Memarlıq İli”) adlı məqaləsi Türkiyədə “Kültürel Azərbaycan” mədəniyyət, sosial və iqtisadi aylıq e-dərgisinin mart sayında dərc olunub.
