Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunun əməkdaşları Azərbaycanşünaslığın aktual məsələlərinə dair beynəlxalq konfransda məruzə ediblər

03 May 2024

Mayın 2-3-də Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə” mövzusunda XV beynəlxalq elmi konfrans keçirlib

Konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Faidə Omarova və Aygül Mirzəyeva məruzə ediblər.

 

 

 

Faidə Omarova“Qıpçaq qrupu türk dillərində derivativ təkamülə təsir edən faktorlar” mövzusunda məruzəsində bildirib ki, qıpçaq qrupu türk dillərindən qazax və qırğız dilləri üzərində apardığı tədqiqatlardan belə nəticəyə gəlmək olar ki, derivativ təkamül bütün türk dillərində oxşar olmuşdur. Təkamülə təsir edən əsas aspektlər isə dildaxili və dilxarici faktorlardır. Tarixi inkişaf nəticəsində sözyaradıcılığında bir sıra fərqlilik və yeniliklər yaranmışdır.

 Aygül Mirzəyeva “Türk və qaqauz dillərində geyimlə bağlı etnoqrafizmlərin linqvokulturoloji xüsusiyyətləri” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, türk və qaqauz dillərində geyimlə bağlı etnoqrafizmlərin linqvokulturoloji xüsusiyyətlərini öyrənərkən türk və qaqauz xalqlarının mədəniyyətinə digər mədəniyyətlərin təsiri və bunun dilin leksik tərkibində təzahürünü də müəyyən etmiş oluruq. Qədim dövrdə bu dillərdə geyim adlarının ortaq olduğu müşahidə olunur. Lakin sonrakı dövrlərdə türk və qaqauz xalqları fərqli geyim tərzinə yiyələnmişlər. Bu, xalqlar arasında mövcud olan din müxtəlifliyi, fərqli tarixi şərait dildə yeni etnoqrafizmlərin yaranmasına gətirib çıxarmışdır.

Download Template Joomla 3.0 free theme.