Tədbir İnstititutun direktoru akademik Gövhər Baxşəliyevanın 17 may 2024-cü il tarixli 62 nömrəli əmri ilə keçirilib. Tədbirə keçirmək haqqında sənədlər Mülki Müdafiə Qərargahında hazırlanıb.
İnstitutun direktor müavini Pərviz Ağayev 44 günlük müharibədə Gəncə şəhərinin vurulması zamanı Fövqəladə Hallar qüvvələrinin həmin zərbələrin nəticələrinin aradan qaldırılmasında fəaliyyətindən danışıb.
Tədbirdə fövqəladə hallar zamanı baş verən zaman Mülki Müdafiə qüvvələrinin iştirakı, yanğınlar zamanı yanğınsöndürən balonlardan istifadə etmək, birinci yardım göstərmək və s. barədə film nümayiş olunub.