Ağdam şəhəri işğal olunandan sonra 1993-cü ildə məcburi köçkün olub və Bakıda yaşamağa başlayıb. 1994-cü ildən bir sıra qəzetlərdə fəaliyyət göstərib. 2004-cü ildə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutuna operator vəzifəsinə qəbul olunub. İnstitutdakı fəaliyyətinin 20 ilində əməksevərliyi, məsuliyyəti, işinin öhdəsindən yüksək səviyyədə gəlmək bacarığı, mehriban xasiyyəti, iş yoldaşlarına qayğıkeşliyi ilə kollektivin böyük hörmətini qazanıb.
Elmira xanımı yubileyi münasibəti ilə təbrik edir, ona işlərində müvəffəqiyyətlər, həyatında xoşbəxtlik, bütün arzularına çatmasını diləyirik.