Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Aprelin 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Özbəkistan Respublikası Əndican Dövlət Universitetinin professoru filologiya elmləri doktoru Salimaxon Mirzayeva və həmin universitetin Rus dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Qayratbek Xolbotayevlə görüş keçirilib.
Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü qonaqları salamlayaraq Özbəkistan və Azərbaycan arasında elmi əlaqələrin inkişafından danışıb və bu sahədə Şərqşünaslıq İnstitutunun əməkdaşlarının xidmətlərini xüsusi qeyd edib.
Aprelin 15-də AMEA-nın Rəyasət Heyəti, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş konfransa 20-si Türkiyə, İraq, Suriya, Özbəkistan, Rusiyadan olmaqla, ümumilikdə 111 iştirakçı qatılıb.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədovun “Müasir Türkiyənin neft problemi” kitabı çapdan çıxıb.
Monoqrafiyada müasir Türkiyənin neft problemi araşdırılır, neft Türkiyə üçün tərəqqi amili kimi nəzərdən keçirilir. Ölkənin neft probleminin mahiyyəti, hökumətlərin neft siyasəti və neft qanunvericiliyi, həyata keçirilmiş neft axtarışları, Türkiyənin neft təsərrüfatı, sənayenin xam neftlə təminatı problemi, neft sənayesinin yaradılması və müasir vəziyyəti, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığı kontekstində Türkiyənin neft probleminin həlli perspektivləri ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilib.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Filologiya (fars dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan tələbələri AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda istehsalat təcrübəsindədirlər. Aprelin 5-də tələbələr qarşısında Şərqşünaslıq İnstitutunun əməkdaşı Nazim Mənsimov «Peşəkar tərcüməçinin bacarıqları» adlı mühazirə ilə çıxış edib.
