Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün seminarlar davam edir.
Aprelin 3-də keçirilən növbəti seminar “Şumer mədəniyyəti və ədəbiyyatı haqqında ümumi məlumat. Şumer məktəb mətnləri” mövzusunda olub. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü seminarın mövzusu haqqında məlumat verərək məruzə üçün sözü Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyevaya verib.
29 mart 2024-cü il tarixində Bakı Qızlar Universiteti və Quba “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Azərbaycanlılara qarşı törədilən 1918-ci il soyqırımı hadisələrinin nəticələri” mövzusunda respublika elmi-praktik konfransı keçirildi.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilidi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Martın 29-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə ilk öncə soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı və həmin şöbənin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri AMEA Lənkəran Regional Elmi Mərkəzinin Quba Soyqırımı Memorial Kompleksi ilə birgə Zoom platforması vasitəsilə təşkil etdiyi “1918-ci il Azərbaycanın bölgələrində azərbaycanlıların soyqırımı” mövzusunda elmi konfransda iştirak ediblər.
