Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

30 Aprel 2024

Aprelin 29-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şumerlərin izi ilə” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev iştirakçıları seminarın mövzusu barədə məlumatlandıraraq, məruzə üçün sözü İnstitutun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyevaya verib.

30 Aprel 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın “Müharibədə ikili standartlar bədii ədəbiyyatın mövzusu kimi” adlı məqaləsi ingilis dilində Almaniyanın nüfuzlu “Deutsche internationale Zeitschrift für zeitgenössische Wissenschaft” (№78, 2024) elmi dərgisində yer alıb.

29 Aprel 2024

 

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Filologiya (fars dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan tələbələri AMEA-nın akademik  Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda istehsalat təcrübəsindədirlər. Aprelin 26-da  tələbələr qarşısında Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə fars ədəbiyyatı haqqında mühazirə ilə  çıxış edib.

22 Aprel 2024

Bakı Dövlət Universitetinin  Şərqşünaslıq fakültəsinin Filologiya (fars dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan tələbələri AMEA-nın akademik  Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda istehsalat təcrübəsindədirlər. Aprelin 19-da  tələbələr qarşısında Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva "İran dövlətçilik tarixi: Qədim dövrdən yeni dövrədək keçdiyi yol" mövzusunda mühazirə ilə  çıxış edib.

Download Template Joomla 3.0 free theme.