Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Martın 28-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Naxçıvan torpağının yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynadığını söyləyərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamını xatırladıb. Bu Sərəncama əsasən dövlət səviyyəsində qeyd olunan tədbirlər sırasında Azərbaycan Milli Elmlər Akademiyasının da üzərinə düşən vəzifələri xatırladan G.Baxşəliyeva şərqşünas alimlərin də Naxçıvanın tarixi, bu torpağın yetirdiyi görkəmli elm və mədəniyyət nümayəndələrinin əsərləri ilə bağlı apardıqları tədqiqatları elmi ictimaiyyətlə paylaşmaq istəyində olduqlarını və bu məqsədlə də Şərqşünaslıq İnstitutunun Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirdiyini bildirib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “1918-ci ildə Lənkəran, Cavad və Çöyçay qəzalarında azərbaycanlıların soyqırımı” adlı məqaləsi Tehranda “Xudafərin” jurnalında dərc olunub.
Dosent S.Talıblı məqalədə qeyd edir ki,çar Rusiyası və bir sıra dövlətlərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında xristianlaşma siyasətinə uyğun olaraq məskunlaşdırılan ermənilər ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə, kütləvi qırğınlar, soyqırımı həyata keçirib, xarici ölkələrin siyasətinə uyğun fəaliyyət göstəriblər.
Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında Elm Günü münasibətilə keçirilmiş “Elm Günü və günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş şəxslərə mükafatları təqdim olunub.
Təltif olunanlar sırasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva da var. Yubiley medalının akademik Gövhər Baxşəliyevaya AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadənin “Milli ideologiya banisi Məhəmməd Əmin Rəsulzadə” adlı məqaləsi Türkiyənin Qars şəhərində nəşr olunan “Buta” beynəlxalq elmi araşdırmalar jurnalında dərc olunub.
