Bu gün dövlətin gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini deyən akademik G.Baxşəliyeva ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gəncliyin formalaşdırıldığını vurğulayıb.
Akademik G.Baxşəliyeva gənclərin elmdə uğurlara nail olduqlarını və onlara bu yolda dövlət tərəfindən hərtərəfli dəstək göstərildiyini bildirərək, Şərqşünaslıq İnstitutunun gənc alimlərinin də uğurlarını qeyd edib, bu günlərdə institutun gənc əməkdaşlarının AMEA-nın “İlin gənc alimi” mükafatı müsabiqəsinin nəticələrinə əsasən akademiya rəhbərliyi tərəfindən “İlin gənc alimi” diplomu ilə təltif edildiklərini deyib.
Tədbirdə İnstitutun elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə gənc əməkdaşlar İbrahim Bağırov, Nazim Mənsimov, Ceyhun Mürşüdzadə və Nərgiz Hüseynovaya Şərqşünaslıq İnstitutunun Fəxri Fərmanları təqdim edilib.
Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, İnstitutun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Azərbaycan gənclərinin ictimai, mədəni və siyasi proseslərdə rolundan danışıb, onların elmdə əldə etdikləri uğurlara diqqət çəkib. E.Mustafayev Şərqşünaslıq İnstitutunun gənc alimlərinin elmi və ictimai fəaliyyətdə xüsusi seçildiklərini, İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının 5 üzvünün fəlsəfə doktoru olduğunu, bir neçə gəncin də yaxınlarda müdafiə etdiklərini və ya müdafiə ərəfəsində olduğunu vurğulayıb.
Tədbirdə həmçinin İnstitutun gənc əməkdaşlarından Ceyhun Mürşüdzadə, Nərgiz Hüseynova və Nazim Mənsimov çıxış edərək, dövlətin uğurlu gənclər siyasətindən, Azərbaycan gənclərinin cəmiyyətdə rolundan, müxtəlif sahələrdə əldə etdikləri uğurlardan, torpaqlarımızın azad edilməsində gənclərin əvəzsiz xidmətlərindən danışıblar.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunda “Müasir Azərbaycan gəncləri: reallıqlar, perspektivlər” mövzusunda tədbir keçirilib
Fevralın 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Müasir Azərbaycan gəncləri: reallıqlar, perspektivlər” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 1997-ci ildən etibarən 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunduğunu, bu tarixin, ümumiyyətlə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.