Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

NİDERLANDLI TƏDQİQATÇI SARA KROMBAXIN AKADEMİK ZİYA BÜNYADOVUN İRSİNƏ DAİR DİSSERTASİYASI HAQQINDA AMEA AKADEMİK Z.M.BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN PRESS-RELİZİ

06 Noyabr 2019

Cari ilin 18 oktyabrında Amsterdam Universitetində “Ziya Bünyadov və Azərbaycanın keçmişinin icadı” (“Ziya Buniatov and the İnvention of an Azerbaijani Past”) mövzusunda dissertasiyanın müdafiəsi olub. Müəllif - xanım Sara Krombax adı çəkilən universitetin Şərqi Avropa tədqiqatları üzrə mütəxəssisidir.

Amsterdam Universitetinin əməkdaşı kimi o, “Sovet şərqşünaslığının mirası: elmi cəmiyyətlər, təşkilatlar, tədqiqatlar” (“The legasy of the Soviet Oriental Studies; networks: organizations: discourses”) adlı tədqiqat layihəsinin iştirakçısı olub. Sara Krombax öz tədqiqat mövzusu kimi Azərbaycan şərqşünaslığının sovet və postsovet dövründə inkişafını seçib. Bu məqsədlə o, Azərbaycandakı Şərqşünaslıq İnstitutunun əməkdaşları, eləcə də Moskva və Sankt-Peterburqda rusiyalı şərqşünaslarla müsahibələr aparıb.



Əslində Sara Krombaxın dissertasiya işi Azərbaycan ictimaiyyətinin müxtəlif nümayəndələri ilə söhbətlərdən toplanaraq təhrif edilmiş məlumatlardan ibarətdir. Bu, tədqiqat əsəri olmaqdan çox, görkəmli Azərbaycan şərqşünası akademik Ziya Bünyadovu gözdən salmağa yönəlmiş dosyedir. Əsərdə elmi irsini təhrif etmək məqsədilə görkəmli alimin tərcümeyi-halının təhrifinə əsaslanan yalançı elmi yanaşmaların yer aldığı şübhə doğurmur. Dissertasiya müəllifinin tədqiqat obyektinə elmi baxışdan çox siyasiləşdirilmiş yanaşması da açıq-aydın görünür. Belə ki, akademik Ziya Bünyadovun tədqiqatları Azərbaycan xalqının tarixinin aktual problemlərinə və Azərbaycanın müasir inkişafı məsələlərinə, yəni bədxah erməni tarixçilərinin daim məkrli niyyətlərlə müdaxilə etdikləri problemlərə həsr olunmuşdur.

Xanım Krombaxın yozumunda akademik Ziya Bünyadovun qətlini ölkə hakimiyyətində hansısa qarşıdurmanın təzahürü kimi təqdim etmək cəhdləri də anlaşılan deyildir və qətiyyən reallığı əks etdirmir. Müəllifin şayiələrdən və qərəzli mülahizələrdən əxz etdiyi belə iddialara akademik tədqiqatda yer olmamalıdır.

Məlum olduğu kimi, mərhum akademik Ziya Bünyadovun qətli ilə əlaqədar ciddi istintaq işi aparılmış, sui-qəsdin sifarişçiləri və icraçıları əsaslı dəlillərlə sübut olunmuş, cinayətkarlar məhkəmənin hökmü ilə cəzalandırılmışlar.

Bildiririk ki, real elmi dəyərini ətraflı qiymətləndirmək məqsədilə hazırda Şərqşünaslıq İnstitutunda xanım Sara Krombaxın əsərinin hərtərəfli araşdırılması üzərində iş aparılır. Araşdırmaların nəticələri haqqında ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Download Template Joomla 3.0 free theme.