Paneldə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı “Azərbaycanda İslam mədəniyyətinin təkamül yönləri” mövzusunda məruzə ilə çıxış edib.
Paneldə, həmçinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Tarix Dostiyev “Cənubi Qafqazda İslam mədəniyyətinın öyrənilməsində arxeoloji tədqiqatların rolu və əhəmiyyəti”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Numizmatika və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev “Xilafət dövründə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi”, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramova “İslam dininin Azərbaycan şifahi xalq dastanlarının təşəkkülündə rolu”, institutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Süleymanova “Qədim orucluq ayini və Siriu-Şira kultu” və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.