Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

08 Noyabr 2023

Bu gün biz çoxəsrlik tariximizin şanlı Zəfər bayramını qeyd edirik. 8 Noyabr tariximizə qızıl hərflərlə yazılan bir gündür. Bu gün xalqımızın 30 illik həsrətinə son qoyulan gündür. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, şəhidlərimizin qisasını aldı, Azərbaycan öz qüdrətini, öz haqqı olanı almağı bacardığını, tarixi ədaləti bərqərar etdiyini dünyaya göstərdi.

06 Noyabr 2023

Bəli, bu günlərdə 30 il səbrsiliklə gözlədiyimiz möhtəşəm tarixi Zəfər Gününü bayram edirik. 8 noyabr 2020-ci il Azərbaycanın tarixinə şanlı Zəfər Günü olaraq keçən, Qarabağa qovuşduğumuz tarixi gündür. Bu tarix xalqımızın və ordumuzun Ali Baş Komandanın ətrafında sıx birləşərək Qarabağ münaqişəsinə, illərdən bəri yaşadığımız haqsızlığa “Dəmir Yumruq”la son qoyduğu gündür!

04 Noyabr 2023

Bizlər - ölkəmizin ziyalıları, Azərbaycan elmini təmsil edən nümayəndələrik. Bizə söz demək daha çox elm sahəsində düşər. Amma bu gün elə bir gündür ki, söz demək haqqı və istəyi hər bir Azərbaycanlıda vardır. Tükənməz sevincini və qürurunu yaşadığımız Zəfər günü ilə bağlı mən də mənəvi haqqı çatan bir vətəndaş kimi duyğularımı paylaşmaq istərdim. Mənən haqqı çatan ona görə deyirəm ki, tarixə keçmiş Dağlıq Qarabağ münaqişəsinin ilk başladığı illər mənim də gözlərim qarşısında keçib. Hər kəsin bildiyi faktdır ki, XX əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etdi və ölkəmizə qarşı hərbi təcavüzə başladı. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşdü.

03 Noyabr 2023

İraqda nəşr olunan “Kərkük” qəzetinin baş redaktoru, Kərkük Mədəniyyət Dərnəyinin və İraq Türkman Jurnalistlər Cəmiyyətinin rəhbəri, araşdırmaçı yazar doktor Şəmsəddin Kuzəçi noyabrın 3-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Şəmsəddin Kuzəçi AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Akademik G.Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verib. Ş.Kuzəçi də öz növbəsində apardığı arşadırmalardan bəhs edib.

Download Template Joomla 3.0 free theme.