Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

31 Mart 2023

Böyük dövlətlər zaman-zaman Osmanlı imperiyası və Türkiyə Respublikasına, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına qarşı “erməni kartı” və “erməni amili”ndən məharətlə istifadə ediblər. Tarixi faktlar, mənbələr, sənədlər sübut edir ki, ermənilərin Cənubi Qafqazda, o cümlədən də tarixi Azərbaycan ərazilərində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. “Dənizdən-dənizə böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddialar irəli sürən, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan məhz “Daşnaksütyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsi üçün ermənilər kütləvi qırğınlar, qətliamlar, terror aktları, soyqırımı, etnik təmizləmə və s. həyata keçiriblər.

31 Mart 2023

Bu il ermənilərin azərbaycanlılara qarşı törətdiyi mart faciəsindən 105 il ötür.

 AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı

erməni cinayətləri haqqında Olaylar.az-a danışıb:

31 Mart 2023

 

Martın 31-i ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətinin 105-ci ilidir. Bu tarixi faktlar bu gün də öz revanşist, işğalçı iddialarından əl çəkməyən Ermənistan və havadarlarının əsl mahiyyətini ortaya qoyur. Ermənistan adlı dövlət Azərbaycanın tarixi torpaqları üzərində qurulub və bu, faktlarla, təsdiq olunur. Bizim həqiqətimiz hələ ki, tarixi arxivlərdə saxlanır və hələ də erməni revanşizmi davam edir. Bu gün Qarabağa kimi gəlib çatan regionda gərginlik, müharibə ilə “qidalanan”  erməni terrorçularının apardığı siyasətə 31 Mart Azərbaycanlıların soyqırımı faktı üzərindən baxmaqla, baş verənlərə bir daha tarixin gözü ilə diqqət çəkəcəyik. Bu istiqamətdə hafta.az-a AMEA-nın Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi, tarixçi alim Sübhan Talıblı danışacaq.

Download Template Joomla 3.0 free theme.