Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “8 Noyabr Zəfər Günü: Azərbaycan ordusunun və xalqının şanlı qələbəsi” adlı məqaləsi İraqda nəşr edilən "Sadaka" (Dostluq) qəzetinin 10-cu sayında işıq üzü görüb.
Məqalədə qeyd olunur ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən Zəfər Günü hər il noyabrın 8-i təntənəli şəkildə qeyd edilir.
AMEA-nın vitse-prezidenti v.i.e., akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın "Akademik Ziya Bünyadov milli mənafelərimiz və ərazi bütövlüyümüz uğrunda savaşırdı" adlı məqaləsi İraqda yayımlanan "Sadaka" (Dostluq) qəzetinin 10-cu nömrəsində dərc olunub.
Məqalədə qeyd edilir ki, Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb. Akademik Ziya Bünyadov eyni zamanda öz alim qələmi və alovlu çıxışları ilə Azərbaycanın bədxahlarına qarşı daim mübarizə aparırdı, milli mənafelərimiz və ərazi bütövlüyümüz uğrunda gedən ölüm-dirim savaşının önündə gedirdi.
Şərqşünas alimlər Şamaxıda “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı konfransda məruzə ediblər
Dekabrın 14-də Şamaxıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin və ADPU-nun Şamaxı filialının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı Respublika elmi konfransı keçirilib.
Konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları da iştirak ediblər.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev 14-17 dekabr tarixlərində Rusiyanın Perm şəhərində Perm Qubernatorluğu və Perm Müsəlman Ruhani İdarəsinin təşkilatçılığı ilə keçirilən XI "Müsəlman dünyası" Forumunda iştirak edir.