Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2023-cü il üzrə illik hesabatlara həsr olunmuş Ümumi yığıncağı keçirilib.
İclasda bölmənin üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları, müavinləri, elmi katibləri, mühüm nəticələrin icraçıları, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin aparıcı alimləri, universitetlərin müvafiq fakültə və kafedralarının nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Solmaz Namazova və Təbriz Ağaşov İqtisadiyyat Nazirliyinin dəstəyi ilə AMEA-nın Rəyasət Heyətinin təşkil etdiyi müasir rəqəmsal dünyada mühüm rolu olan proqramlaşdırma dilləri - "Introduction to HTML5", "HTML, CSS, and Javascript for Web Developers", "AI for Everyone" kurslarını müvəffəqiyyətlə başa vurublar. S.Namazova və T.Ağaşov eyni zamanda ABŞ-ın Michigan və Johns Hopkins Universitetlərinin sertfikatlarına layiq görülüblər.
Dekabrın 27-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Heydər Əliyevin hakimiyyəti dönəmində sosial, iqtisadi, mədəni və milli ideologiyanın inkişafı” mövzusunda elmi sessiya keçirilib.
Sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixi inkişafında müstəsna xidmətlərindən danışıb. Azərbaycanın tarixinin 40 ilinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən akademik G.Baxşəliyeva Ulu Öndərin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşdüyünü, onun həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqına xidmətlərinin əvəzsiz olduğunu qeyd edib.
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.
Dekabrın 25-də baş tutan növbəti mühazirədə institutun Ərəb filologiyası şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülşən Həmidli “Azərbaycanda ərəb dilçiliyi” mövzusunda çıxış edib. Mühazirədə ərəb dilçiliyinin Azərbaycanda inkişaf mərhələləri haqqında bəhs edilərkən ərəb filologiyasının, o cümlədən, ərəb dilçiliyinin inkişafında Azərbaycan alimlərinin mühüm rol oynadığı qeyd edilib.