İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva cənab Prezidentin noyabrın 3-də AMEA-nın 80-illik yubiley yığıncağında iştirakının bütün elmi ictimaiyyət tərəfindən məmnunluqla qarşılandığını, dövlət başçısının öz dərin məzmunlu nitqində bugünkü elmimiz üçün böyük aktuallıq kəsb edən bir sıra vacib məsələlərə toxunduğunu bildirib.
Prezidentin öz çıxışının preambulasında Azərbaycanda elmin inkişafından danışdığını deyən akademik G.Baxşəliyeva ölkə rəhbərinin Heydər Əliyevin hələ sovet dövründə elmə böyük diqqət yetirilməsini, o vaxt yeni elmi tədqiqat institutlarının yaradılmasını, Ulu Öndərin təşəbbüsü ilə yüz minlərlə Azərbaycan gəncinin Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilməsi nəticəsində ölkəmizdə intellektual potensialın daha da güclənməsini söyləməsini xatırladıb.
Prezidentin çıxışda Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ilk görüşünü məhz Elmlər Akademiyasında ziyalılarla keçirməsini xatırlatmasını deyən akadmeik G.Baxşəliyeva Ulu Öndərin həmin görüşdəki dərin məzmunlu nitqi ilə hər kəsi valeh etdiyini söyləyib.
Prezident İlham Əliyevin də öz fəaliyyətində Ulu Öndər tərəfindən elmin inkişafı üçün götürülmüş xətti davam etdirdiyini deyən institut rəhbəri bu illər ərzində elmə ayrılan vəsaitin artırılmasını, alimlərə şərait yaradılmasını qeyd edib.
Prezidentin nitqində çox önəmli məsələlərə toxunduğunu deyən akademik G.Baxşəliyeva onun söylədiyi “Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır” fikrini diqqətə çatdıraraq, ana dilimizin saflığının qorunması məsələsinə də toxunduğunu, Azərbaycan dilinin saflığının qorunmasının hər bir Azərbaycan vətəndaşının işi olmalı olduğunu, bu işdə dilçi alimlərin də üzərinə böyük vəzifə düşdüyünü söyləməsini qeyd edib.
Prezidentin bizim tarixi torpaqlarımızın sərhədlərimizdən kənarda da olmasının və azərbaycanlıların sərhədin o tərəfində də yaşadıqlarını deməsini xatırladan akademik G.Baxşəliyeva tarixçilərimizn üzərinə böyük vəzifə düşdüyünü vurğulayıb. İnstitut rəhbəri Prezidentin toponimlər məsələsinə də toxunduğunu, tarixi xəritələrdə məhz Göyçə gölünün yazılmasını, bu və digər toponimlərimizi tarixi həqiqətə əsaslanan xəritələr əsasında təbliğ etməli olduğumuzu söyləməsini xatırladıb.
Akademik G.Baxşəliyeva şərqşünasların da üzərinə bu sahələrdə böyük iş düşdüyünü qeyd edib və atılacaq addımlar sırasında 3 il öncə Şərqşünaslıq İnstitutunda nəşr olunmuş “Bir daha vahid/bütöv Azərbaycan ərazisi haqqında” kitabının rus, fars və ingilis dillərinə tərcümə edilərək çap edilməsi təklifini irəli sürüb. Qədim dövrdən başlayaraq Azərbaycan adının bir sıra xəritələrdə olmasını söyləyən akademik G.Baxşəliyeva, bunu əksini söyləyənlərə cavab kimi şərqşünas alimlər qarşısında duran bir vəzifənin qədim şərq mənbələrindən Azərbaycanın ərazi bütövlüyünə aid xəritələri toplayıb yaxın zamanda nəşr etdirməsi olduğunu deyib.
Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəslsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü iclasda çıxış edərək bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan elmi və aliminə yüksək dəyər verməklə bərabər, Azərbaycan elmi qarşısında vəzifələr qoyub. Dövlət başçısının nitqində Azərbaycan dili və tarixi ilə bağlı alimlərə xüsusi tapşırıqların öz əksini tapdığını deyən R.Cümşüdlü Prezidentin vurğuladığı əsas məqamlar kimi Qarabağ və Qərbi Azərbaycan toponimlərinin saxtalaşdırılmasına qarşı addımların, Azərbaycan tarixinin daha doğru və elmi şəkildə tədqiqinin labüdlüyünün Azərbaycan dilinin saflığının qorunmasına çalışmağın olduğunu göstərib. R.Cümşüdlü bu istiqamətdə alimlərimiz tərəfindən görülməli olan işlər sırasında Azərbaycan ədəbi dil tarixində xüsusi mərhələ təşkil edən Füzuli, Nəsimi, Şah İsmayıl Xətai kimi şarilərin Qarabaği və İrəvani nisbəsi ilə yazıb-yaradn alim və ədiblərin əsərlərinin əlyazmalarının dünya kitabxanalarında aşkarlayaraq tədqiq edilməyinin vacibliyini vurğulayıb, Prezidentin Azərbaycan dilində 50 milyondan çox əhalinin danışdığını xüsusi qeyd etməsini xatırladıb və Cənubi Azərbaycanda Azərbaycan dilinin vəziyyəti ilə bağlı tədqiqatlara Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsində geniş yer verilməli olduğunu bildirib.
İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov iclasda "Tarix elmi və süni intellekt: yeni metodologiya və perspektivlər" adlı məruzə edib. İlk öncə AMEA-nın 80 illik yubiley yığıncağında Prezident İlham Əliyevin çıxışından bəzi məqamları vurğulayan N.Məmmədov, eyni zamanda süni intellekt və onun tətbiqi sahələri, prompt mühəndisliyi, süni intellektin tarix elmində praktik istifadəsi və onun üstünlükləri, bu sahədə yeni metodologiya və perspektivlərdən danışıb.
İnstitutun yeni yaradılmış “Rəqəmsal şərqşünaslıq, süni intellekt və elektron xidmətlər” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlı Azərbaycan Respublikasının Prezidentinin süni intellekt strategiyasından yola çıxaraq bu şöbənin yaradılmasının Şərqşünaslıq elmində yeni bir dövr açdığını bildirərək, burada məqsədin Şərqşünaslıq sahəsində rəqəmsallığın süni intellektlə birləşdirilərək tədqiqatların daha da inkişaf etdirilməsi, rəqəmsal platformaya inteqrasiyasının təmin olunması olduğunu deyib. İ.Qasımlı ölkə Prezidentinin akademiya qarşısında qoyduğu öhdəliklərdən yola çıxaraq bir neçə təkliflə çıxış edib. Birinci təklif Rəqəmsal Şərq İrsi Platforması yaradılmasıdır. Bildirilib ki, buradakı məqsəd Şərqşünaslıq İnstitutunun çoxillik elmi irsini, əlyazma və arxiv fondlarını, nəşrlərini və tədqiqat materiallarını rəqəmsal formata keçirmək, bu məlumatlar üzərində süni intellekt texnologiyalarını tətbiq etməklə elmi biliklərin qorunmasını, sistemləşdirilməsini və analitik təhlilini təmin etməkdir. Bu, institutun elmi irsini müasir tələblərə uyğun rəqəmsal elmi ekosistemə inteqrasiya etməyə yönəlmişdir. Bundan əlavə bu təklif Şərqşünaslıq İnstitutunun elmi fəaliyyətini rəqəmsal transformasiya müstəvisinə keçirəcək, süni intellekt vasitəsilə elmi biliklərin avtomatlaşdırılmış analizi və qorunması təmin olunacaq, institut regional səviyyədə rəqəmsal elmi mərkəz statusu qazanacaq və Azərbaycan şərqşünaslığının beynəlxalq səviyyədə tanıdılmasına ciddi töhfə verəcək.
Digər təklif yeni yaradılan şöbə tərəfindən internetdə açıq bir platformanın yaradılması və İnstutda yerinə yetirilən plan işlərinin bu sistemdə yerləşdirilməsidir ki, bu da başqa müəssisələrdə hər hansı bir mövzunu işləmək istəyənlərin bu mövzunun işlənib-işlənmədiyindən xəbardar olması üçün vacibdir.
Sonra institutun digər əməkdaşları da öz fikir və mülahizələrini bildirib, təkliflərini irəli msürüblər.
Daha sonra Şərqşünaslıq İnstitutunun elmi şöbələrindən üçünün - Cənubi Azərbaycan, Şərq-Qərb və Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbələrinin 2025-ci il üçün hesabatları dinlənilib və şöbələrin fəaliyyəti yüksək qiymətləndirilib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunun Elmi Şurasında Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqinin qarşıya qoyduğu vəzifələrdən danışılıb
Noyabrın 14-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
İclasda baxılan ilk məsələ Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqinin qarşıya qoyduğu vəzifələrlə bağlı olub.
