Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Aprelin 6-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Toplanışın mövzusu “Fövqəladə halların nəticələrinin aradan qaldırılmazı zamanı Mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” olub.
Aprelin 2-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “31 mart 1918-ci il azərbaycanlıların soyqırımı – 100” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. AMEA-nın Əsas binasının Akt zalında təşkil olunan tədbirdə Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Türkiyə, ABŞ, Rusiya, Almaniya və İrlandiyadan alimlər də iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli 1918-ci ilin martında ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımının tariximizin qanlı səhifəsi olduğunu qeyd edərək, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğuladı və bu işdə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəaliyyətini yüksək qiymətləndirdi.
Aprelin 2-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “31 mart 1918-ci il azərbaycanlıların soyqırımı – 100” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransa Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Türkiyə, İran, ABŞ, Rusiya, Almaniya və İrlandiyadan alimlər də qatılacaq.
GƏNC ŞƏRQŞÜNASLAR AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLƏ BAĞLI FOTOMATERİALLAR VƏ SƏNƏDLƏRLƏ TANIŞ OLDULAR
Martın 30-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun gənc alimlərinin Türkiyənin Mərmərə Universitetinin məzunu, azərbaycanlı jurnalist, yazar və kolleksiyaçı Dilqəm Əhmədlə görüşü keçirildi. Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi görüşün mövzusu Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı idi.
Tədbir iştirakçıları ilk öncə 2012-ci ildən etibarən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinə aid materialların, sənədlərin, əlyazmalarının toplanması ilə məşğul olan Dilqəm Əhmədin təqdim etdiyi materialların sərgisi ilə tanış oldular.
