İnstitutun “Nəşriyyat və elmi informasiya təminatı” şöbəsinin müdiri, f.ü.f.d., dosent Ruhəngiz Cümşüdlü həm şöbənin işlərinin idarə edilməsi, həm qeyd edilən jurnala daxil olan məqalələrin redaktəsi sahəsində fəaliyyətini, həm də elmi fəaliyyətini səmərəli şəkildə davam etdirməkdədir. R.Cümşüdlü öz fəaliyyəti barədə bunları bildirib: “Mən də bu günlərdə səmərəli fəaliyyət göstərməyə çalışaraq, XIV-XVII əsrlərdə Azərbaycan ərəbdilli şeiri mövzusunda tədqiqat işimi davam etdirirəm. Qeyd edim ki, Azərbaycan ərəbdilli şeirinin bir sıra nümunələrinin tərcüməsi üzərində işləyirəm. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin ərəbcə şeirlərinin geniş ön söz, şərh və qeydlərlə tərcüməsini başa çatdırmış və nəşrə hazırlamışam. Eyni zamanda institutumuzun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalına təqdim olunan məqalələrin redaktə olunması və dəyərləndirilməsi üzərində işləri davam etdririəm. Şöbəmizin əməkdaşları da nəzərdə tutulan plan işləri üzrə tədqiqatlarını davam etdirirlər. Eyni zamanda institutun redaktə və çap işləri də səmərəli şəkildə həyata keçirilir. Nəşrə hazırlanan kitab və monoqrafiya üzərində redaktə işləri davam etdirilir".
İnstitutda ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs, f.ü.f.d. Vüqar Məmmədov da həm ictimai, həm elmi fəaliyyətini evdən səmərəli şəkildə davam etdirməyə çalışır. V.Məmmədov fəaliyyəti barədə bunları bildirib: “Hal-hazırda fərqli şəraitdə işləməli olsaq da, vaxtdan səmərəli istifadə etməyə çalışırıq. Evdə zəngin kitabxanımın, o cümlədən çoxsaylı lüğətlərimin olması, internet mənbələrindən istifadə etmək imkanı həm plan işim, həm kitabım, həm də məqaləm üzərində səmərəli işləməyimə yardımçı olur. Belə ki, hazırda əlimdə olan resurslar plan işi olaraq “İzahlı fars dilçilik terminləri lüğəti” mövzusu üzərində işləmək, daha əvvəl işləmiş olduğum “Farsca-azərbaycanca-rusca-ingilisgə dilçilik terminləri lüğəti”ni çapa hazırlamaq, eləcə də “Dörddilli terminoloji lüğətin tərtibi prinsipləri” məqaləsi üzərində işləmək üçün imkan yaradır. Eyni zamanda ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs kimi fəaliyyətimi də davan etdirirəm. Doğrudur, daha öncə bu sahədə əsas iş əməkdaşların beynəlxalq və Respublika miqyaslı konfranslarda iştirakı, institutda keçirilən tədbirlərlə bağlı olurdu. Bu halların baş vermədiyi indiki dövrdə əsasən əməkdaşların karantin dövründə evdə gördükləri elmi işlər, hazırladıqları məqalələr barədə məlumatlar yayırıq. Digər tərəfdən, institutun “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının məsul katibi kimi, institutumuzun, eləcə də digər elmi müəssisələrin əməkdaşlarının şərq mövzusunda göndərdikləri məqalələri nəzərdən keçirir, eyni zamanda özüm də jurnal üçün materiallar hazırlayıram".
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞLARI SƏMƏRƏLİ ELMİ FƏALİYYƏTLƏRİNİ EVDƏN DAVAM ETDİRİRLƏR
Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə tədbirləri uğurla davam etdirilir. Bu pandemiyanın yayılmasının qarşısınını alınması məqsədilə dövlətimiz tərəfindən bütün zəruri təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. AMEA prezidenti akademik R.Mehdiyevin tapşırığı və sərəncamı ilə akademiyanın bütün institutları öz iş rejimini mövcud şəraitə uyğun davam etdirir. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun alimləri məlum səbəblərdən sosial izolyasiya dövründə öz elmi fəaliyyətlərini əvvəlki tempdə, ruh yüksəkliyi ilə evdə davam etdirilər. İnstitutun direktoru akademik Gövhər Baxşəliyeva əməkdaşlarla mövcud sosial şəbəkələr vasitəsilə əlaqə saxlayır, görülən işlərlə maraqlanır. Alimlərimiz öz tədqiqat işlərinin nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu məcmuələr arasında Şərqşünaslıq İnstitutunun elmi nəşri olan “Şərq araşdırmaları” elmi-nəzəri yurnalı da mövcuddur.