Bolqar İslam Akademiyası rektorunun bilavasitə rəhbərliyi ilə aparılan müzakirələrdə müasir dövrdə dinlərarası dialoqun aktuallığı və ali dini təhsilin qarşısında duran vəzifələr nəzərdən keçirilib. Aparılan müzakirələrdə bu sahədə mövcud vəziyyət ətraflı şəkildə təhlil olunub, məsələnin nəzəri-metodoloji əsaslarının müəyyən edilməsi, praktiki tövsiyə və təkliflərin verilməsinin vacibliyi vurğulanıb. Rusiya Federasiyasında mövcud dini müxtəliflik nəzərə alınaraq səmavi dinlərlə bərabər, buddizm nümayəndələrinin də layihədə iştirakı məqsədəuyğun hesab olunub. Federal layihənin ilkin variantının hazırlanması məqsədilə ekspertlər qarşısında konkret vəzifələr qoyulub və mərhələli şəkildə növbəti görüşlərin keçirilməsi qərara alınıb.
Müzakirələr başa çatdıqdan sonra dəyirmi masa iştirakçılarının akademiyanın tələbələri ilə görüşü keçirilib.