Akademik G.Baxşəliyeva bildirib ki, Azərbaycanın Zirvə toplantısında iştirakı və qəbul edilən Bəyannamə ölkəmizə və Prezident İlham Əliyevə yüksək inam və etimadın göstəricisidir.
Bəyannamənin iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərin inkişafına böyük təkan verəcəyini deyən akademik G.Baxşəliyeva, burada tərəflərin bir-birinin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmətin və milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa hazır olmalarının qeyd edilməsinin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb.
Bəyannamədə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafının yüksək qiymətləndirilməsinin, ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmənin zəruriliyinin qeyd edilidyini vurğulayan akademik G.Baxşəliyeva tərəflərin “Bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarının, öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcəklərinin ifadə olunduğunu nəzərə çatdırıb.
Akademik G.Baxşəliyeva Çin tərəfinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışladığını xüsusi qeyd edib.
Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu ölkələri şöbəsində Çinlə bağlı dəyərli tədqiqatların aparıldığını deyən institut rəhbəri şöbə əməkdaşlarının hazırkı elmi sessiyada Zirvə toplantısı və qəbul edilən Bəyannamə ilə bağlı hərtərəfli məruzələrini təqdim edəcəklərini bildirib.
Asiya-Sakit okean regionu ölkələri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zenfira Şıxəlibəyli ŞƏT-nın Astana şəhərində keçirilən zirvə toplantısında Azərbaycan və Çin arasında imzalanan Birgə Bəyannamənin Azərbaycan üçün əhəmiyyəti, iki ölkə arasında siyasi prioritetlərin yenidən təsdiq olunması və iqtisadi hədəflərin müəyyənləşdirilməsi barədə danışıb, Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq sferaları və bu sahələrdə Azərbaycanın mənfəətinə diqqət çəkib.
Şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Ülkər Əliyeva Bəyannamədə nəzərdə tutulmuş bir çox məqsədləri təhlil edib, Azərbaycanın BRİCS-ə daxil olmaq istəyi və bu təşkilat üzvləri ilə əməkdaşlığı, Pekinin “Transxəzər beynəlxalq nəqliyyat koridoru”nun tikintisi və istifadəsində iştirak etməyə hazır olduğunu ifadə etməsi və bu planın Azərbaycan üçün əhəmiyyəti, həmçinin, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında mövqeyi və bu təşkilatla əməkdaşlığının perspektivləri barədə danışıb.
Şöbənin digər əməkdaşı Afaq Nərimanova “Birgə Bəyannamə”də nəzərdə tutulan Azərbaycan və Çin arasında elm və təhsil haqqında əməkdaşlıq məsələsinə toxunub, saziş çərçivəsində kadr və dil mübadiləsi, universitetlər arasında qarşılıqlı əlaqələrin, mədəniyyət sahəsində əməkdaşlığın genişləndiriməsi, təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisinin daha da təşviq ediləcəyi, Konfutsi İnstitutlarının inkişafına, Azərbaycan və Çin mədəniyyət günlərinin keçirilməsinə dəstək veriləcəyi barədə danışıb.
Şöbənin əməkdaşı Günay Novruzova məruzəsini Çin–Azərbaycan iqtisadi əlaqələrinə həsr edib, bu əlaqələrin daha da inkişafı üçün Astana sammitinin faydasından bəhs edib.
Şöbənin əməkdaşı Ceyhun Mürşüdzadə Çinin beynəlxalq iqtisadi nüfuzu və Şanxay Əməkdaşlıq Təşkilatında rolundan danışıb.
Şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva Çin və Azərbaycan əlaqələrinin qədim tarixə malik olduğu, yeni iqtisadi və siyasi əməkdaşlığın bu möhkəm əsaslar üzərində qurularaq inkişaf edəcəyi, iki ölkə arasında hərtərəfli əməkdaşlıq perspektivləri barədə məruzə edib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunda “Şanxay Əməkdaşlıq Təşkilatının Astana Sammitinin nəticələri kontekstində Azərbaycan – Çin münasibətləri” mövzusunda elmi sessiya keçirilib
İyulun 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şanxay Əməkdaşlıq Təşkilatının Astana Sammitinin nəticələri kontekstində Azərbaycan – Çin münasibətləri” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva iyulun 3-4-də regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Astanada Zirvə toplantısının keçirildiyini bildirirək, bu tədbirin və Zirvə toplantısı çərçivəsində qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin Azərbaycan üçün böyük əhəmiyyətinin olduğunu qeyd edib.