Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yeganə Hacıyevanın "İran İslam İnqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ciillər)" kitabı işıq üzü görüb.
Monoqrafiyada 1979-2005-ci illərdə İran İslam Respublikası hakim qüvvələrinin Azərbaycan türkcəsini sıxışdırmaq və azərbaycanlıların milli şüurunu kosmopolitləşdirmək cəhdlərinə qarşı Cənubi Azərbaycan türklərinin mübarizəsinin tarixi araşdırılır.
Mayın 31-də misirli alimlər dr. Əhməd Dərviş və Əhməd ət-Tarabik AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldular. Onları Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi müşayiət edirdi.
Türkiyə Respublikasının Van şəhərində Yüzüncü Yıl Universiteti tərəfindən 10-14 may tarixində “21. Yüzyılda İslam Dünyasına Stratejik Bakış Fırsatlar, İmkanlar, Gelişmeler, Sorunlar, Çözüm Önerileri (XXI əsrdə İslam dünyasına strateji baxış: fürsətlər, imkanlar, proseslər, problemlər, həll yolları) beynəlxalq konfransı təşkil olunmuşdur.
Mayın 12-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutununun Elmi Şurasının iclasında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” ilə bağlı müzakirələr keçirilib.
