Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

MİSİRLİ ALİMLƏR ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA OLDULAR

01 İyun 2017

Mayın 31-də misirli alimlər dr. Əhməd Dərviş və Əhməd ət-Tarabik AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldular. Onları Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi müşayiət edirdi.

 

Misirli alimlər Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşdülər. Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri t.ü.f.d. Fərda Əsədov qonaqlara institutut haqqında məlumat verdi. Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi misirli alimləri şərqşünaslara təqdim etdi.

Qahirə Universitetinin professoru, müqayisəli ədəbiyyat üzrə tanınmış mütəxəssis Əhməd Dərviş özünün Azərbaycan ədəbiyyatı və elmi ilə bağlı apardığı tədqiqatlardan danışdı, ərəb ölkələrində böyük nüfuz qazanmış orta əsrlər azərbaycanlı ədib və alimlərindən söz aşdı.

Tanınmış jurnalist, Misirdə Azərbaycanla bağlı saysız-hesabsız məqalələrin müəllifi Əhməd ət-Tarabik vətənində ölkəmizlə bağlı informasiya azlığının aradan qaldırılmasından bəhs etdi. O, 3 il öncə ərəbcə, bu il isə azərbaycan dilinə tərcümədə nəşr etdirdiyi “Qarabağ – Qafqazda sülh yolu” kitabından danışdı və həmin kitabları şərqşünas alimlərə hədiyyə etdi.

Sonda misirli qonaqlar şərqşünas alimləri maraqlandıran sualları cavablandırdılar.

 

Download Template Joomla 3.0 free theme.